“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək”

“Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Reuters” agentliyi yayıb.
Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıların isə mayın sonuna qədər yola düşəcəkləri gözlənilir.
Həmçinin qeyd olunub ki, sülhməramlıların bütün zirehli texnikası, o cümlədən 90 ədəd zirehli transportyoru (BTR82A) və 380 ədəd digər texnika Azərbaycan ərazisini tərk edib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumata münasibət bildirib:
“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












