“Sui-istifadə etməyin, amma havanız çatmayanda deyin” - AÇIQLAMA

Havaların isinməsi nəqliyyatda ənənəvi problemi gündəmə gətirir. Sərnişinlər xüsusilə yeraltı nəqliyyatda havasızlıqdan şikayətçidir.
Gündəlik metrodan istifadə edən sərnişinlərin sayının çoxluğu və havalandırma məsələsini yenidən gündəmə gətirir. Bir stansiyadan digərinə çatana qədər sərnişin sıxlığı nəfəs almağı demək olar ki, çətinləşdirir.
Belə bir sual yaranır ki, metroda havalandırma sistemlərinin təkmilləşdirilməsi bu problemin azalmasına, ən yaxşı halda tamamilə aradan qaldırılmasına kömək olacaq, yoxsa yox?
Metroda havalandırma məsələsi ilə bağlı şikayətlərə cavab verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, havalandırma avtomatik qoşulu olur və avtomatik tənzimlənir:
“Məsələn, qapılar açılıb-bağlananda içəri isti hava kütləsi daxil olur və avtomatik sistemin tənzimləməsi bir qədər vaxt aparır. Belə olanda sərnişinlər maşinist rabitəsi ilə əlaqə saxlayıb, kondisioner sisteminin tənzimləməsini ondan istəyə bilərlər. Fikir vermisinizsə, bu məsələ yalnız üzü yaya doğru daha çox səslənir. Çünki bu, mövsümi xarakter daşıyır. 2019-cu ildə, yadınızdadırsa, ictimaiyyətə bu barədə ətraflı məlumatlar verirdik. Əsasən də teleradio vasitəsilə. Çünki ənənəvi, elektron və sosial media müraciətlərindən sonra neqativ hallar çox yaşanırdı.
Maşinist rabitəsi ilə yalnız xüsusi, zəruri, qaçılmaz, fövqəladə və s. hallarda əlaqə saxlanılması arzuolunandır. Sərnişinlərdən xahiş edirik ki, maşinist rabitəsindən sui-istifadə hallarına yol verilməsinlər”.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












