Sükan arxasında bu qaydada telefonla danışmaq olar – SUALA CAVAB

Avtosfer.az saytının sual-cavab rubrikasında təqdim etdiyi növbəti sualın cavabı hazırdır. Sual belədir; Avtomobili idarə edərkən telefondan bu qaydada istifadəyə yol verilirmi? Əlbəttə, söhbət, Azərbaycan qanunvericiliyindən gedirdi.
Oxucuların yazdığı cavabları təqdim edirik.
Fuad – Beli, bu cür idarə etmək olar.
Ferid – Salam. İXM 155.6 da sukan arxasinda mobil telefon elde tutmaqla ondan istifade etmek qadaqandir. Bu veziyyet qanunla qadaqan olmasada gorunushce iyrencdir.
Rufat - Yaxshi ve mubahiseli sualdir. Qanunvercilik ile mobil telefondan istifade qadagandir, amma bluetooth qarniturlardan istifade qadagan deyil. Yeni surucu qarshsinda asilmish telefona duymeni basib saata da bele baxa bilmez, bu artiq mobil telefondan istifade sayilir. Maqnitofon duymesini basa biler, amma telefonun duymesini basa bilmez. Bu halda ise hetta muherrik sonmush veziyyetde olanda, insan telefonu bashina baglayibsa mubahise ola biler. Amma bu halda insan birbasha mobil telefondan istifade etdiyi ucun qadagandir.
Arzu - Bu qaydada ve yaxud telefonu elde tutaraq danishmaq elbetdeki olMaz.yalniz xususi texniki vasitelerden istifade ederek olar.
Ibrahim - İdarə etdiyi avtomil mexanikadı ya avtomat bilmirəm amma mən bildiyimə görə mexanika avtomil idarə edən sürüclərə diqqəti yayındaracaq söhbətlərdə iştirak etmək,sükan arxasında telefonla danışmaq olmaz bu qanun bütün sürücülərə aiddir.Yekun cavab: olmaz.
Elsen Hasanov - Şekildeki kimi gülmeli veziyyetde görünmekdense,telefonla danışmamaq daha yaxşıdır.Sessize qoy gelen zengleri sükan arxasında işin bitenden sonra cavablandır.
Şahin Həsənli - Sağlamlığın təhlükəsizliyinin təmin edilməsi baxımından olmaz ( skotçla demək olar burnunu da bağlayıb ) ,qəfil tormozlama yaxud zərbə olsa ,baş verə biləcək hadisələr də ürəkaçan olmaz , eləcə də qanunvericiyilə görə telefonla bu cür danışmaq olmaz.
Mahir Abdullayev - Danışmaq olmaz
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun təqdim etdiyi sualın doğru cavabı isə belədir:
«Bu sualı qoymaqda məqsədim “Yol hərəkəti haqqında” Qanunda olan bir problemə diqqət çəkmək idi. Bizim Qanunun 37-ci maddəsinin V hissəsinin 2-ci bəndi sürücülərə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyi qadağan edir. Lakin dünyanın əksər ölkələrində sürücünün telefondan istifadə etməsinin yol verilən variantı göstərilir və qalan bütün variantlarda istifadə qadağan olunur. Bizim Qanunun belə norması isə şəkildə gördüyünüz kimi eybəcər variantda telefondan istifadəyə formal olaraq yol verir.
Deməli, doğru cavab belə olacaq: Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün gördüyünüz şəkildəki üsulla telefondan istifadəsi qadağan deyil və qaydalar çərçivəsindədir.
Öyrənək, öyrədək!
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi









