Sükan arxasında yuxulayan sürücü ölümdən döndü – Azərbaycanda – REAL VİDEO

Azərbaycanda sükan arxasında yuxulayan sürücü ölümdən dönüb. Bununla bağlı görüntüləri əks etdirən videonu Avtosfer.az-a həmin sürücü özü göndərib. Bu addımı atmaqda məqsəd başqalarını da belə vəziyyətə düşməkdən çəkindirməkdir. Adının çəkilməsini istəməyən sürücü bildirib ki, bu səhvi etsə də, bir daha belə halla üzləşməmək üçün qaydalara mütləq əməl edəcək: «Abşeron rayonu ərazisində gözlənilməz hadisə ilə üzləşdim. İdarə etdiyim avtomobillə evə gedirdim. Gün ərzində gərgin iş rejimim oldu. Gecə saat 4 radələri idi. Yolda hiss elədim ki, yuxulayıram, çox yorğunam. Lakin düşündüm ki, evə çatmağa uzağı 3 dəqiqəlik yolum qalıb, problem olmaz. Mən belə şeylərə çox həssas yanaşıram. Haradasa yorğun olsam, yuxulasam o saat maşını saxlayıb yerə düşürəm və bir qədər hərəkət edib dincimi aldıqdan sonra yoluma davam edirəm. Bu dəfə nəsə səhlənkarlıq etdim. Amma elə bir hadisə ilə üzləşdim ki, bir daha bu səhvə yol vermərəm. Videodan da görünür ki, maşın bir anda əks istiqamətli yola çıxır və oradan da səkiyə qalxır. Elə o anda ayıldım ki, maşın səkiyə çıxıb və qarşımda işıq dirəyi var. Bunun necə baş verdiyini hələ də anlamıram. Cəmi bir neçə saniyədə məni necə yuxu aparıbsa heç nə hiss etməmişəm. Çox şükür ki, bu hadisədən sağ-salamat qurtuldum. O anda qarşıdan maşın gəlsəydi və ya maşın işıq dirəyinə dəysəydi, bəlkə də indi həyatda yox idim. Amma görünür Allahın mənə rəhmi gəldi. Mənə heç nə olmadı. Yalnız avtomobilin alt hisəssi səkiyə dəydi və maşının qabaq diskləri əzildi, təkərlər cırıldı.
Görüntüləri Avtosfer.az saytı vasitəsilə yaymaqda məqsədim odur ki, heç kim bu səhvi etməsin. Əvvəldən yuxulayırdım, sadəcə evə çatmağa 3 dəqiqə qaldığı üçün dedim, dözərəm. Bu da dayanmamağın nəticəsi».
Əziz sürücülər! Siz belə halda «evə çataram, az qalıb, heç nə olmaz» deyib cəhd etməyin. Mütləq dayanın! Mənzilə çatmağa az qalmış olsa belə dayanmaq və dincəlmək lazımdır. Çünki sükan arxasında yuxulayan sürücüyə elə gəlir ki, gözləri açıqdır və hər şeyi idarə edə bilir. Lakin gözlər açıq olsa da, beyin yatır və hadisələrə reaksiya getdikcə azalır. Saniyənin yarısından da az bir zaman kifayət edir ki, ağır qəza baş versin…
Elməddin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












