Sumqayıt nəqliyyatında kart problemi qalmaqdadır - AÇIQLAMA - VİDEO

Sumqayıtda nəqliyyatda kart sistemində problem yaşanır. Vətəndaşlar balans artıra bilmirlər. Ödəniş aparatlarının işləməməsi narahatlıq doğurur.
Avtosfer.az xəbər verir ki, kartlarda balans olduğu halda boş göstərilir. Bəzi hallarda isə aparatlarda kartların işləmədiyi yazılır.
Sumqayıt şəhərində fəaliyyət göstərən avtobuslar bir müddət öncə yeni kart sisteminə keçib. Ancaq sistem düzgün işləmədiyi üçün sərnişinlər əziyyət çəkirlər.
Sərnişinlər deyirlər ki, problem avtobusların kart sisteminə keçdiyi gündən yaşanır.
Balans artırmada da ciddi problemlər yaşanır. Karta yüklənmə edilsə də, məbləğ balansda görünmür.
Mövzuya münasibət bildirən Sumqayıt Şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov söz verib ki, problem qısa vaxt ərzində həll olunacaq.
Qeyd edək ki, mövcud kartlar yaxşı işləmədiyindən yaxın günlərdə yeni kartların gətiriləcəyi bildirilir. Vətəndaşlar əllərindəki kartları yeniləri ilə əvəz edə biləcəklər.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












