“Sumqayıt yolundakı zolaq sərnişindaşımanı artırıb” - “Xaliq Faiqoğlu” şirkəti - FOTO

“Xaliq Faiqoğlu” şirkəti Bakı-Sumqayıt yoluna çəkilmiş avtobus zolağının sərnişindaşıma prosesindəki effektivliyi ilə bağlı araşdırma aparıb.
Şirkətdən Avtosfer.az-a bildirilib ki, Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzalına və geriyə çəkilmiş avtobus zolağı müntəzəm marşrut xətlərinin fəaliyyətinə müsbət təsir göstərməkdədir:
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ictimai nəqliyyatın təşviqi və xidmət keyfiyyətinin artırılması məqsədilə həyata keçirdiyi layihələr müsbət nəticələr verməkdədir. Bu layihələrdən biri kimi böyük əhəmiyyətə malik olan Bakı-Sumqayıt yolu üzrə avtobus zolaqlarının təşkil edilməsi ictimai nəqliyyatın fəaliyyətinin təmin edilməsində böyük rol oynayır. Belə ki, bu ilin oktyabr ayından etibarən aparılan araşdırmalar Bakı-Sumqayıt yolunda avtobus zolaqlarının istifadəyə verilməsinin bir sıra müsbət nəticələr verdiyini ortaya çıxarır. Analizlər göstərir ki, şirkətimizin istismarında olan müntəzəm marşrut xətləri üzrə qeyd edilən dövrdə sərnişin daşımalarının həcmi 4 faizə yaxın artıb. Həmçinin zolaqların istifadəyə verilməsi ilə gün ərzində marşrut xətləri üzrə gecikmələr əhəmiyyətli dərəcədə azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə avtobusların yolda sərf etdiyi vaxt 1 saatdan artıq azalıb və bu da daha artıq sərnişinin daşınmasına səbəb olub”.
“Xaliq Faiqoğlu” şirkətindən, həmçinin bildirilib ki, avtobus zolaqlarının şaxələndirilməsinə və effektiv nəzarət mexanizminin tətbiqinə böyük ehtiyac var: “Ekoloji standartların qorunması, şəhər mühitinin sağlamlaşdırılması və nəqliyyat stresinin azaldılması baxımından avtomobilləşmənin qarşısının alınması çox vacibdir. Bu baxımdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi layihələr böyük əhəmiyyət kəsb edir. Şirkətimiz bu çərçivədə dəstəyini davam etdirəcəkdir”.


"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB










