Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib

Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemi tətbiq edildikdən sonra insanların kartlardan istifadəsi ilə bağlı problemlər yaranıb. Belə ki, sərnişinlər kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayətlənirlər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən Avtosfer.az-a verilən açıqlamada problemin həlli ilə bağlı işlər aparıldığı bildirilib:
“Bu kimi texniki problemlər üzə çıxdıqca aradan qaldırılır. Problem tək karta pulun yüklənməsində gecikmənin olması deyil, başqa problemlər də olur. Onların da aradan qaldırılması üçün hazırda texniki heyət iş görür”.
“Müəyyən gecikmələr ola bilər, amma pulun kart hesabına oturmaması mümkün deyil”, - deyə qeyd edilib.
Məlumat üçün deyək ki, bu il sentyabrın 28-dən Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə başlanılıb. Sərnişinlər kartları avtobus sürücülərindən əldə edirlər. Kartın qiyməti isə 2 manatdır.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












