Sumqayıtda evlərdən 100 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar[ /b]
![Sumqayıtda evlərdən 100 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar[ /b]](/upload/news/462392.jpg)
Sumqayıt şəhərində evlərdən birindən oğurluq edilib. Zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək mənzilindən 4500 manat məbləğində pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər - Rəşad İsmayılov, Tural Hacıyev və Sahil Orucov saxlanılıblar. Araşdırmalar zamanı bu şəxslərin Sumqayıt şəhəri və ətraf ərazilərdə müxtəlif vaxtlarda ümumilikdə 8 mənzilə daxil olaraq pul və qiymətli əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, dəstə üzvləri əsasən yaşayış evlərinin birinci mərtəbələrindəki mənzillərə daxil olublar. Onların zərərçəkənlərə ümumilikdə 100 min manata yaxın maddi ziyan vurublar. Faktlarla bağlı Sumqayıt ŞPİ-də araşdırmalar aparılır. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












