Sumqayıtda özünü qazi kimi təqdim edərək yardım istəyən şəxs saxlanıb - VİDEO

Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik edilməsini tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, onun 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyən edilib.
N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri törədib. Saxlanılan şəxs həmçinin tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan N.Məmmədov barəsində araşdırmalar davam edir.
Onun qanunsuz əməllərindən zərərçəkən şəxslər polis orqanlarına müraciət edə bilərlər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












