Sumqayıtda QORXUNC OLAY : beton plitə yaşayış evinin üstünə düşüb - VİDEO

Sumqayıtda beton plitə yaşayış evinin üstünə düşüb. Hadisə zavodlardan birinin ərazisində qeydə alınıb. Evə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, Sumqayıtda beton plitə yaşayış evinin üstünə düşüb. Hadisə "Xəzri" yaşayış massivində, Kompressor zavodunun ərazisindəki evlərdən birində qeydə alınıb.
Zərərçəkmişlər bildirirlər ki, hadisə gecə saatlarında baş verib. Həmin vaxt onlar yatan vəziyyətdə olublar. Xoşbəxtlikdən ağır peton layı evin içinə düşməyib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin 1 saylı ərazi üzrə icra nümayəndəliyindən bildirilib ki, sözügedən əraziyə artıq baxış keçirilib. "Fövqəladə Hallar Komissiyasının üzvləri gedib yerində baxıb, qiymət veriblər. Sakinlərə burada yaşamalarının təhlükəli olması barədə bildirişlər də paylanıb. Şəhər rəhbərliyi də həmin ailələrin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirəcək",- deyə nümayəndəlikdən bildirilib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












