Sumqayıtın yol polisləri sürücələrə yeni tələ qurub – ŞİKAYƏT

Sübhan Arifoğlu adlı sumqayıtlı sürücü daxili işlər naziri, general-polkovnik Ramil Usubova şikayət məktubu ünvanlayıb. O, məktubda sürücüləri xəbərdar edərək, Sumqayıtdakı yol polislərindən narazılığını - sürücülər üçün yeni tələlər qurduqlarını qeyd edib. xeberle.com məktubu olduğu kimi diqqətinizə çatdırır:
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Usubov Ramil İdris oğlu cənablarına
Müraciət
Hörmətli Ramil Usubov cənabları!
Mənim bir Azəribaycan vətəndaşı, vətənini sevən bir insan, həmçinin bir təhqiqatçı jurnalist kimi Sumqayıt səhərində 20.11 2014-cü ildə DYP əməkdaşı Rəhimov Elnur Adil oğlunun bizə qarşı etdiyi qeyri- qanuni, polis nəfərinə yaraşmayan hərəkətləri haqqında ölçü götürməyinizi xahiş edirəm.
Sumqayıt şəhərindəki ticarət mərkəzinin yanında avtomobilimi (sağ tərəfdə, I cərgədə maşınların arxasında şaquli vəziyyətdə) park edərək su almağa düşmüşdüm. Həyat yoldaşım maşında idi. Geri dönəndə həyat yoldaşım mənim maşınıma DYP əməkdaşının yaxınlaşıb qabaq hissədən, yandan, arxa hissədən səklini çəkdiyini dedi. Mən də maşınımın düzgün park olunduğunu, parklama qaydalarına və işarəsinə uyğun saxladığıma əmin olduğumdan həmin 3326№ -li DYP maşınının arxasıyla gedib öz iradlarımı bildirmək üçün maşınımla onlara yaxınlaşdım. DYP əməkdaşı mənə işarə ilə şağa verib saxlamağı əmr etdi. Həmin sağa verib saxladığım yer dayanacaqdan 15 metr aralı idi. DYP əməkdaşı mənə yaxınlaşanda ticarət mərkəzinin yanında ondan düzgün park elədiyim halda niyə şəklimi çəkdiyini soruşdum. Sualıma cavab verməyən əməkdaş məndən sənədlərimi istədi. Mən də səbəbini soruşaraq sənədlərimi ona təqdim etdim. O isə cavabında: "Orada eləməmişdin, indi etdin”, - deyərək cərimə protokolu yazmağa başlayanda, mən də iradlarımı bildirdim ki, "siz özünüz sağa ver, saxla”, - dediniz. Avtomobilim işlək vəziyyətdə mənə düşməyi tələb edən əməkdaşın yeni "icad etdiyi” tələsini işə salaraq mənə cərimə yazdı. Yəni ticarət mərkəzinin yanında ardıcıl vəziyyətdə park edilmiş maşınıma yaxınlaşaraq şəklini çəkdiyini imitasiya (Sumqayıt DYP idarəsində öyrəndim ki, heç şəkli çəkməyibmiş) edərək, sürücünü arxasınca kameralar olmayan yerə qədər aparıb orada nəyəsə nail olmadıqda, belə üsullara əl atması, "qanun keşikçisi”nə yaraşmayan üsullarla vətəndaşları nəyə isə təhrik etmək variantı haqqında sizə məlumat verməyi özümə borc bildim. Dövlətimizin ona verdiyi avadanlıqdan istifadə edərək vətəndaşlardan nə isə tələb etmək üçün istifadə edərək harınlayan belə polis əməkdaşlarının qanun keşiyində dayanaraq öz vəzifə borclarını yerinə yetirən poliş əməkdaşlarına qarşı bir ləkə olduğunu vurğulayıram.
Cənab Ramil Usubov! Belə qeyri-qanuni əməllərlə məşğul olub vətəndaşları Prezidentə, dövlətə qarşı yönəldən və polisin şərəfli adına ləkə gətirən əməkdaşlar haqqında ölçü götürməyinizi xahiş edirəm.
İmza: Sübhan Arifoglu 20.11.2014
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










