Sumqayıtlıların rahatlığını əlindən aldılar

Hər gün minlərlə insan iş və təhsil ardınca Sumqayıt şəhərindən Bakıya yollanır. Şəhər sakinləri paytaxta çatmaq üçün bir neçə marşrut dəyişməli olurlar. Əvvəlcə Sumqayıt avtovağzalına, oradan Bakının avtovağzalına, ardınca isə "20 yanvar" metro stansiyasına marşrutla getmək məcburiyyətində qalırlar. Məzil başına çatmaq üçün metrodan da istifadə etdiklərini nəzərə alsaq, orta statistik Sumqayıt sakini cəmi 30 km uzaqlıqda olan məntəqəyə çatmaq üçün ən azı 4 marşrutdan istifadə etməli olurlar.
Son illər şəhərdə açılmış 501 saylı marşrut xətti hər gün Bakıya üz tutan sumqayıtlıların işini rahatlaşdırırdı. Gediş haqqı cəmi 50 qəpik olan bu avtobus Sumqayıt şəhərinin və Saray qəsəbəsinin yarısını dövr edərək vətəndaşları bir başa "20 yanvar" metro stansiyasının yanına gətirirdi. Bu marşrutun xidmətindən yararlananlar hər gün ən azı 40 qəpik pula və hər şeydən dəyərli olan vaxta qənaət edirdilər. Ancaq bu sevinc çox çəkmədi.
Bir neçə gün öncə Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən 501 saylı marşrut xətti bağlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a məktub yazan oxucular bildiriblər ki, artıq bir neçə gün idi ki, adəti üzrə dayanacağa çıxarkən bir saata yaxın gözləsələr də, avtobus gəlmirdi. Sonradan marşrutun bağlanması barədə xəbər tutublar. Bu müddət ərzində isə bir neçə dəfə işə və dərsə gecikməli olublar. Marştun bağlanması barədə vətəndaşlara heç bir xəbərdarlıq edilməyib.
Məsələ ilə bağlı Sumqayıt şəhər Nəqliyyat Departamenti ilə əlaqə saxladıq. Qurumun rəhbəri Anar Səfərli bildirib ki, xəttin bağlanması, marşrut xəttinin sahibkarının qaydaları pozması ilə əlaqədardır. Onun sözlərinə görə, marşrut avtobusları indiyə qədər şəhərdəki "Pioner" ticarət mərkəzinin qarşısında dayanırdılar. Xəttin sahibkarına göstəriş verilib ki, avtobuslar yalnız şəhər avtovağzalından hərəkət etsinlər. Göstərişə tabe olmadığı üçün marşrut xəttinin fəaliyyətinə qadağa qoyulub.
Anar Səfərli hesab edir ki, şəhər sakinləri yeni situasiyaya vərdiş edəcəklər.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi










