Suraxanı rayonunda 44 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib

Xəbərlər 10 Aprel 2021 07:50
Suraxanı rayonunda 44 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda iki nəfər arasında mübahisə xəsarətlə nəticələnib.

Report-un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Suraxanı parkında mübahisə zəminində 1977-ci il təvəllüdlü Nuşirəvanlı Nuşirəvan Arif oğluna tanıdığı şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Oxunub : 818
ŞƏRH YAZ
Ad

E-mail

Şərh