Sürücü 102-yə şikayət etdi, DYP rəisi qəzəbləndi - FOTO

Salyan rayon sakini Fariz Vəkil oğlu Dadaşov Avtosfer.az saytına müraciətində rayonun yol polisi rəisi Eldəniz İmamyarovun onu qarşı qərəzli hərəkətlər etdiyini deyir. F.Dadaşovun müraciətini olduğu kimi təqdim edirik: «Yanvarın 24-də, saat 12:55 radələrində Salyan şəhəri, A.Hüseynov küçəsində idarə etdiyim «Hyundai Grandeur» markalı, 90 LR 211 dövlət nömrə nişanlı maşını Salyan rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Eldəniz İmamyarovun olduğu 10 YP 945 dövlət nömrə nişanlı, «BMW markalı patrul maşını ilə heç bir əsas olmadan hərəkəti dayandırma əmrini verdilər. Maşını saxladıqdan sonra Xalid adlı polis serjantı yaxınlaşıb rəisi Eldəniz İmamyarovun göstərişi ilə məni saxladığını bildirdi və «rəis maşındadır, səs salma» deyib, rəisə yaxınlaşmalı olduğumu bildirdi. Yaxınlaşdım və Eldəniz İmamyarov maşının cərimə meydançasına aparılması əmrini verdi. Səbəbi soruşduqda maşını sürüb getdi və maşınımın cərimə meydançasına aparılmasını polis serjantı Xalidə əmr etdi. Polis serjantından saxlanılma səbəbini soruşduqda «mən əmrə tabeyəm» dedi və maşınımı polis şöbəsinin yanına sürməyimi tələb etdi. Mən yol boyu səbəb soruşduğum halda heç bir əsas göstərilmədi. Səbəb göstərib protokol yazılmalı olduğunu bildirdim. Amma buna baxmayaraq rəisin göstərişinə əsasən şəhərdə reyd olduğunu bildirdi və əsassız olaraq maşınımı cərimə meydançasına qoydular. Sonra isə mənə iki yüz manat verməli olduğumu dedilər. Deyəndə ki, maşını mənimlə birlikdə almısınız? Eldəniz İmamyarov uca səslə «sənin idi, oldu mənim» deyib, Xalidə «maşını içəri sür» dedi. Mən atam Vəkil Dadaşova zəng edib vəziyyəti dedim, o da dərhal polis şöbəsinə gəldi. Onun yanında Eldəniz İmamyarov «mən ikinci dəfə Salyana rəis gəlmişəm, hara istəyirsiniz müraciət edin» dedi. Sonra da hədə-qorxu gəldi ki, harasa müraciət etsəniz, başqa maşınınızı da içəri saldıracam. Mən də 102-yə zəng edərək maşını cərimə meydançasına qoyub akt tərtib etməyi tələb etdim. Akt tərtib olunsa da, protokol yazılmadı. 102-yə zəngimdən sonra Eldəniz İmamyarov xəbər göndərdi və yenidən şöbəyə getdim. Soruşdum ki, niyə çağırmısınız? Cavab verdi ki, «102-yə zəng edib aləmi qarışdırmısan, get, sənə protokol yazılacaq».
Mən də protokol yazılmasından imtina etdim. Şöbənin həyətində gördüm ki, maşınımın pərdələrini qaldırıblar. Bunun səbəbini soruşduqda isə rəis dedi ki, «buranın sahibi mənəm». Mən də ona bildirdim ki, şəhər ərazisində pərdə ilə maşın sürən yol polisi işçiləri var, onların barəsində də tədbir görün. Cavab verdi ki, «öz ihinlə məşğul ol, özüm bilərəm, səndən çox görmüşəm».
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, həmin sürücü saxlanılarkən avtomobilində pərdə vurulmuş vəziyyətdə olub və buna görə də, ona 150 manat cərimə tətbiq edilib.
Qeyd edək ki, Fariz Dadaşov bizə «VAZ-2107» markalı avtomobilin fotosunu göndərib və iddia edir ki, həmin avtomobil yol polisi əməkdaşına məxsusdur. Avtomobili Salyanda pərdə ilə idarə edirlər. Həmin fotoları təqdim edirik.
Emin
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi











