Sürücü yol polisindən narazadır – "Ədalətli qərar vermədilər" - FOTO

Xırdalan şəhər sakini Misir Nuruyev yol polisindən narazıdır. O, Avtosfer.az saytına müraciət edərək bildirib ki, idarə etdiyi "KIA" markalı, 99-AC-793 dövdət qeydiyyat nişanlı avtomobillə 29.08.2016 tarixdə Ziya Bünyadov prospektində hərəkətdə olarkən, eyni istiqaməti ayıran 1.16.2 nişanlanma xəttinin (eyni istiqamətli nəqliyyat axınını ayıran təhlükəsizlik adacığının) tələbini pozaraq xəta törədib: "Bakı şəhər DYPİ-nin inspektoru, polis baş serjantı Qurbanov Nəbi Səxavət oğlu məni saxlayaraq İXP 478769 nömrəli protokol tərtib etdi və qərar verdi. Qərarda tənbeh kimi həm İXM-nin 327.1-ci maddəsi həm də 327.2-ci maddəsini qeyd etdi. Mən bu qərardan BDYPİ-nə şikayət ərizəsi yazdım. Ərizəmi aidiyyatı üzrə BPİ DYPİ-nə göndərdilər və məni DYP idarəsinin 307-ci otagına dəvət etdilər. İşlərim olduguna görə mənim iştirakım olmadan ədalətli qərar verilməsini xahiş etdim. Və sonda DYPİ-dən göndərilən məktubda ədalətli qərar verilmədiyinin şahidi oldum. Məlum oldu ki, DYP mənə 60 manat, 3 bal cərimə yazıb. Guya yolayrıcını keçmə qaydalarını pozmuşam. Hansı ki, orada manevr qaydalarının pozulmasından söhbət gedə bilər. Bu da elə protokoldakı kimi, İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə deməkdir. Buradan görünür ki, yol polisi səhv cərimə yazır, İdarədə oturan icraçılar isə onu təsdiq edərək sürücüləri narazı salırlar. Bu, sadəcə biabırçılıqıdır".
Qeyd edək ki, bundan əvvəl də həmin ərazidə bir neçə sürücüyə 60 manat-3 bal cərimə yazılıb. Avtosfer.az-da bununla bağlı yayılan xəbərdən sonra Bakı şəhər DYPİ-də iki sürücünün şikayəti araşdırılıb və onların cəriməsi 40 manata endirilib, bal isə ləğv edilib.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














