Sürücü yol polisini məhkəmədə uddu, amma... - FOTO

Avtosfer.az xəbər verir ki, bu barədə Göyçay sakini Arzu Babayev criminal.az-a müraciət edərək keçirdiyi qəza ilə bağlı istintaqın düzgün aparılmamasından şikayətlənir: "Bu il sentyabrın 8-də Göyçayın Şahsoltanlı kəndi ərazisində saat 21 radələrində idarə etdiyim 90 GX 527 nömrəli "VAZ-2107" markalı avtomobillə hərəkət etdiyim vaxt üç baş camış qarşıma çıxdı. Ara məsafəsi yaxın olduğundan onları vurdum. İşi araşdıran Baş Dövlət Yol Polis İdarəsinin 4-cü tağımının baş təhqiqatçısı Azad Hacıyev mal sahiblərindən rüşvət alaraq işi ört-basdır etdi. Barələrində heç bir inzibati protokol tərtib etmədi. Mənə yekun qərar verdi ki, məhkəməyə müraciət edim.
Məhkəməyə müraciət edən zaman məlum oldu ki, Azad Hacıyev mal yiyələri barədə inzibati protokol tərtib etmədiyinə görə iddia qaldıra bilmərəm. Halbuki, həmin hadisə zamanı əmlakıma 3500 manat ziyan dəymişdi, özüm xəsarət almışdım. Dekabrın 3-də Azad Hacıyev barəsində Göyçay rayon Məhkəməsində qaldırdığım iddiaya əsasən, iclas oldu. Hakim Azad Hacıyevin qərarını rədd etdi və onu saxtakarlıqda günahlandırdı".
A.Babayev yazır ki, ailəsini dolandırmaq üçün yeganə qazac vasitəsi avtomobili olub. Həmin avtomobil də yarasız vəziyyətə düşdüyündən 4 aydır pul qazana bilmir.
A.Hacıyev criminal.az-a açıqlamasında bildirdi ki, şikayətçinin dedikləri böhtandır. Şikayətçinin marağı olub ki, günahı mal sahiblərinin üzərinə qoysun. Ancaq "Yol Hərəkəti haqqında" qanuna görə, mal sahibi evdədirsə, o məsuliyət daşımır. Qəza baş verən an, mal yola çıxan zaman sahibi malın yanında olmayıb. Təhqiqatçının sözlərinə görə, məhkəmə yekun qərarını ləğv edib təkrar təhqiqata qaytarıb. İş yenidən araşdırılacaq. Təhqiqatçı əminliklə bildirdi ki, işə düz baxıb və yenidən araşdırılandan sonra onun qərarının eynisi veriləcək.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










