Ağdamdan olan məcburi köçkün Əliyev Elnur Kərəm oğlu Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Ulus.az-ın verdiyi məlumata görə, Bərdə rayonu, Qaradalı kəndində yaşayan E.Əliyev başına gələnləri nazirə çatdırıb. O, üzləşdiyi problemi həyəcanlı şəkildə R.Usubovun diqqətinə media vasitəsi ilə ünvanlamağa çalışıb. Çünki məcburi köçkün ilk dəfədir ki, analoqsuz bir hadisə ilə qarşılaşdığını qeyd edir. Nazirdən kömək gözləyən E.Əliyevin sözlərinə görə, mediaya şikayət etmədiyi halda, onun adından müxtəlif saytlarda yol polisindən narazılıq dərc olunub. Bu azmış kimi, onun adından həmin yazılarda qeyd olunub ki, guya yol polis əməkdaşları E.Əliyevdən rüşvət tələb ediblər. Ağdam sakini isə təkidlə bildirir ki, nə yol polis əməkdaşları ilə mübahisəsi olub, nə ondan pul istənilib, nə də mətbuata müraciət edib. Belə ki, hadisə onun aldığı ağacların daşıyan yük maşınının saxlanaraq cərimə meydançasına aparılıb qanuni çərçivədə cərimələnməsindən gedir. E.Əliyev hadisəni belə nəql edib: “06.06.2017-ci il tarixdə Ağcabədi rayonu ərazisində 300 manata kəsilmiş yaş çinar ağaclarını alaraq Abbasov Zamiq Abbas oğluna məxsus 99 HK 875 nömrə nişanlı “KamAZ” markalı maşınla Bərdəyə göndərmişəm. Axşam sааt 19:30 radələrində avtomobilə yüklənmiş ağaclar maşının qabarit ölçülərindən xeyli kənara çıxdığından Bərdə Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən saxanılıb. Yol polis əməkdaşları tərəfindən cərimə meydançasına gətirilən maşın inzibati qaydada protokol tərtib edilərək cərimələnib. Həmçinin, aşkar olunan ağacların mənşəyi və mənbəyi barədə, qanuni əsaslarla kəsilib-kəsilmədiyi haqda araşdırma aparılmasından sonra raportla Bərdə rayon Polis Şöbəsi rəhbərliyinə məruz edilib. Mətbuata çıxan məlumatda isə deyilir ki, guya bu zaman mən polis əməkdaşlarından avtomobilin cərimələnməməsi haqda dəfələrlə xahiş etmişəm. Guya ki, onlar qanunvericiliyə uyğun olaraq rəsmi sənədləşmə apardıqlarından narazı qaldığım üçün Bakıda jurnalist olan əmim oğlu Əliyev İlqar Əliş oğluna zəng edərək maşının cərimələnməməsi və törətmiş olduğu inzibati xətanın qeydə alınmaması üçün köməklik göstərilməsini xahiş etmişəm. Sadəcə, əmim oğlu ilə danışmışam. Ancaq mətbuata heç bir şikayət göndərməmişəm ki, ictimailəşsin. Bir az sonra eşitdim ki, müxalifət.az, huriyyet.org və qlobal.az saytlarında mənim adımdan şikayət məktubu yayaraq, guya ki, Bərdə RPŞ-nin DYPB-nin əməkdaşlarının rayonda fəaliyyət göstərən sahibkarlara işləməyə imkan verilmədiyini bildirmişəm. Belə ki, mətbuata guya polis əməkdaşlarının məndən pul tələb etməsi və s. hallar göstərmişəm. Bu hallar olmayıb və adımdan böhtan yazılıb.
Əlavə olaraq bildirim ki, mən adıçəkilən saytlara nə yazılı, nə də şifahi müraciət etmişəm. Odur ki, adıçəkilən müxalifət.az, huriyyet.org və qlobal.az saytların adımdan yazdığı böhtan dolu xəbərlərlə bağlı tədbir görməyinizi xahiş edirəm”.
Qeyd edək ki, Bərdə sakinləri RPŞ və DYPŞ-nin fəaliyyətindən razılıq edirlər. Onların sözlərinə görə, Bərdə polisi hər zaman vətəndaşların keşiyində dayanır. E.Əliyev də bildirir ki, heç bir mətbu orqana müraciət etməyib və Bərdə yol polis əməkdaşlarının qanuni fəaliyyətindən şikayəti olmayıb. Vətəndaşların müraciətlərinə baxılmasına, insan hüquq və azadlıqlarının qorunmasına Azərbaycan polisi həssaslıqla yanaşır. Bu gün vətəndaş inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır. Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir. Vətəndaş onun problemlərinİ vaxtında həllinə ədalətli münasibət, müraciətlərinə həssas yanaşma göstərən dövlətə etimad bəsləyir, onu dəstəkləyir. Ölkədəki əmin-amanlığın və qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan əhalidən daxil olan müraciətlər diqqətlə araşdırılır və müvafiq ölçülər götürülür.
Sürücüdən Ramil Usubova şok müraciət: “Guya rüşvət istəyiblər” - FOTO
Xəbərlər
9 İyun 2017 12:39
Oxunub 5724
"Bu hallar olmayıb və adımdan böhtan yazılıb"
ŞƏRH YAZ
Tahir 9 İyun 2017 13:54
Əhsən. Çox ağıllı, savadlı zəhməkeşlərimiz var. ... Gələcəyi parlaq olacaq.P.S. ...
DİGƏR XƏBƏRLƏR