Sürücüləri radar adı ilə saxlayıb «şirinlik» istəyirlər - VİDEO

Dünən Şəki şəhərindən Avtosfer.az saytına müraciət edən Tural adlı sürücü yol polisi əməkdaşlarının qanunsuz hərəkətlərindən narazılığını bildirib. Onun dediyinə görə, son günlər Qəbələ şəhərinin Nic qəsəbəsində 10 YP 786 dövlət nömrə nişanlı Dövlət Yol Polisi (DYP) avtomobilində xidmət aparan iki yol patrul xidməti əməkdaşı sürücülərdən pul yığırlar: «Məni ən azından üç dəfə saxlayıblar. Hər dəfə də deyirlər ki, qəsəbənin içində sürət həddi 60-dır, amma sən 70 gedirsən. Soruşuram ki, haradan bilirsiz? Deyirlər, maşında radar var, çəkib. Dəfələrlə tələb etsəm də, radar görüntülərini mənə təqdim etmirlər. Nəhayət, üç gün əvvəl yenə saxladılar. Dedim, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlama verib ki, radara düşən sürücünün yol polisi əməkdaşları tərəfindən saxlanılması, cərimələnməsi qanunsuzdur. Çünki radara düşən kimi elektron protokol yazılır. Kamran müəllimin dediklərini onlara söylədim. Dedilər, bilirik, amma saxlamağa haqqımız var, belə söz danışma. Sən yaxşı oğlana oxşayırsan, get, heç nə lazım deyil. Bundan əvvəl saxlayanda da eyni sözləri dedilər. Bu dəfə Nic qəsəbəsində yox, yaşayış yerindən kənarda saxladılar. Yenə də radara düşdüyümü dedilər. Bildirdim ki, radara düşmüşəmsə, göndərin evimə, aparıb cəriməsini ödəyərəm. Razı olmadılar. Sözləri bu oldu ki, düş gəl bizim maşına, komandirin sözü var. Dedim, düşmürəm. Əl çəkmədilər. Axırda, bezdim, çıxardıb sənədlərimi verdim ki, cərimə yazın, çıxım gedim. Yenə razı olmadılar. Polis çavuşu dedi ki, gəl maşına yaxınlaş gör komandir nə deyir. Mən də düşmədim maşından. Dedi, «şirinlik» ver, çıx get. Amma vermədim. Ondan sonra daha məni saxlamırlar. Harada görsələr, «marqat» edib keçirlər. Amma Şəkidən, Qəbələdən olan sürücülərin əksəriyyəti onlardan narazıdır. Hamıya eyni sözləri deyib 20-30 manat istəyirlər».
Tural adlı sürücü 10 YP 786 dövlət nömrə nişanlı DYP avtomobilinin videosunu da Avtosfer.az-a göndərib. Biz də öz növbəmizdə məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxladıq. Məsələnin araşdırılacağını deyən şöbə rəisi bildirdi ki, sözügedən DYP avtomobili Baş DYPİ-nin Alayına məxsus deyil: «Amma yenə də rəhbərliyə məlumat vermişəm. Məsələ araşdırılacaq».
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










