Sürücülərin nəzərinə - FOTO

Bu gün Avropa Oyunları ilə bağlı Bakının bəzi yerlərində nəqliyyatın hərəkətində məhdudiyyətlər ediləcək. Avtosfer.az-ın məlumatına görə, “Bakı-2015” Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı ikinci dairəvi yolunda “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyi arasındakı hissəyədək aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: bu gün saat 05:30-dan 20:40-a kimi “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində birinci geri döngəyədək, saat 06:30-dan 18:40-a kimi “Bilgəh Estates”in qərb hissəsində birinci geri döngədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyinədək. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən bildiriblər.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət görür. Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən, “Bilgəh Estates”dən qərb istiqamətində hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zağulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov), Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilərlər.
Fidan
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










