Sürücünü çaş-baş salan protokol – Sizin də başınıza gələ bilər - VİDEO

Texniki vasitələrin qeydə aldığı qayda pozuntuları ilə bağlı protokol tərtib edilərək vətəndaşın ünvanına göndərilir.Sürücülər də bank, poçt məntəqələri və asan xidmət mərkəzində cərimələri ödəyə bilərlər.Təsəvvür edin ki, qayda pozuntusu ilə bağlı məktub və protokol tərtib edilib, amma sürücü cəriməsini ödəyə bilmir çünki sistemdə belə bir protokol yer almayıb.Görəsən bu necə ola bilər və artıq baş veribsə sürücülər hansı addımı atmalıdır?
Qayda pozuntusu ilə bağlı evə göndərilən protokolun qəbulundan 20 gün ötsə də sürücü cəriməsini ödəyə bilmir. Məmmədov Famil adlı vətəndaşın başına gələn bu hadisə cərimələrin ödənilməsi mexanizmi məsələsini gündəmə gətirib.
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri 37 bank və 1000-ə yaxın poçt ödəniş məntəqəsində, eləcə də «ASAN xidmət» mərkəzində ödəmək mümkündür.
Qanunvericiliyə görə, əgər texniki vasitələrin qeydə aldığı qayda pozuntularına etiraz edilməzsə, onda 10 gündən sonra pozuntu ilə bağlı yekun qərar qəbul edilir və sistemə vurulur.
Texniki vasitələrin qeydə aldığı pozuntular haqqında qərar da etiraz olmasa, 1 gün ərzində mərkəzi informasiya sisteminə ötürülür. Bəs görəsən bu vəziyyət necə yarana bilər ?
Əksər sürücülər narahatdır ki, xeyli müddət keçsə sistemdə görünməyən cərimələrə görə faizlər hesablana bilər. Amma narahatlığa əsas yoxdur
Müşahidələr göstərir ki, əksər sürücülər belə vəziyyətdə davranış qaydalarını bilmirlər
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, əgər sürücülər belə vəziyyətlə rastlaşarlarsa onda daxili işlər nazirliyində yaradılmış 902 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bundan sonra məsələ araşdırılaraq hüquqi qiymət veriləcək.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










