Şuşada ilk yaşayış kompleksinin tikintisinə hazırlıq gedir - VİDEO

"Şuşada birinci yaşayış kompleksinin tikintisi üzərində işlər aparılır".
Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda keçirilən beynəlxalq konfransın açılışında deyib. Aydın Kərimov bildirib ki, Şuşada quruculuq- bərpa işləri sürətlə davam edir. Abidələrin çoxu artıq bərpa edilib. Bütün işlər əsas plana uyğun olaraq aparılır. Aydın Kərimov vurğulayıb ki, artıq orta məktəb və xəstəxananın inşasına başlanıb. Jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb. Nazir qeyd edib ki, abidələrdə bərpa- quruculuq işlərinin aparılması ilə bağlı iştirakçılarla müzakirələr aparılacaq. Tədbirdə iştirak edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bildirib ki, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır. İCESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik isə çıxışı zamanı postmünaqişə dövründəki inkişafa diqqət çəkib.Qeyd edək ki, Şuşada "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda beynəlxalq konfrans mayın 20-də işini davam etdirəcək.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











