Şuşanın İcra Hakimiyyəti də Şuşaya köçürüləcək? - AÇIQLAMA

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır. Keçmiş məcburi köçkünlər Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcək. Hazırda əhalinin köçürülməsi üzrə işlər davam etdirilir.
Qeyd edək ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə bu vəzifəyə Aydın Kərimov rəhbərlik edir.
Xüsusi nümayəndəlik institutu İkinci Qarabağ müharibəsindən sonra yaradılıb. Əsasnaməyə görə, nümayəndəlik müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək üçün nəzərdə tutulub.
Bununla yanaşı Şuşa rayonunda İcra Hakimiyyəti də mövcuddur. 2009-cu ildən İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
Şuşa şəhərinə, eləcə də digər azad olunan ərazilərə qayıdışdan sonra həmin rayon və şəhərlərin İcra Hakimiyyətlərinin köçürülməsi məsələsi də gündəmə gəlib.
Şuşa İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Şuşadakı xüsusi nümayəndəliyinin fəaliyyətindən danışıb:
“Cənab Prezidentin təyin etdiyi bütün insanlara hörmətimiz var. Onun rəhbərliyi ilə torpaqlarımız azad olundu.
Xüsusi nümayəndəni Prezident təyin edib. Onun verdiyi qərarlar, gördüyü işlər bizim üçün qiymətlidir, əzizdir.
Cənab Prezident onun fəaliyyətini qiymətləndirib. Bizim torpaqlarmızda bərpa quruculuq işlərinə lazım bilib.
Ora təyin etdiyi nümayəndə öz məsuliyyətini başa düşən, çox intellektual səviyyəli bir insandır. Bütün vətəndaşlara hörmətlə, görülən işlərə məsuliyyətlə yanaşır. Ona görə biz onun gördüyü işləri yüksək qiymətləndiririk”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












