Süveyş kanalının bloklanmasından yaranan itkilər hesablanıb

Süveyş kanalından hər gün 10 mlrd. ABŞ dolları dəyərində neft və məhsullar daşıyan gəmilər keçir.
APA-nın məlumatına görə, bu hesablamaları “Bloomberg” agentliyi təqdim edib.
Qeyd edək ki, martın 23-də Süveyş kanalında “Ever Given” konteyner gəmisinin suyun dibinə oturması nəticəsində kanalda hərəkət bloklanıb. Gəminin çıxarılması bir neçə həftə çəkə bilər.
“Bloomberg” bildirir ki, kanalın bloklanması zamanı Çindən Avropaya 40 futluq konteynerin daşınması xidmətləri illik ifadədə 4 dəfə bahalaşaraq təxminən 8 min dollara çatıb.
“Yaxın Şərqdən Çinə yanacaq nəql edən əsas neft daşıyıcılarının gündəlik mənfəəti 1 371 dollara yüksəlib, baxmayaraq ki, sıxlıq onların marşrutlarını təsir etmir”, - agentlik qeyd edir.
Adətən 1 mln. barel neft daşıyan “Suezmax” gəmiləri hazırda gündə təxminən 17 min dollar qazanır. Bu, 2020-ci ilin iyun ayından etibarən ən yüksək göstəricidir. ABŞ-da ən böyük maşın istehsalçısı “Caterpillar Inc.” – kanalın tıxanması səbəbindən çatdırılma gecikmələri ilə üzləşib və malların hava yolu ilə daşınmasını düşünür.
Süveyş kanalının potensial olaraq həftələrlə bağlanması mümkündür, buna görə yükgöndərənlər hazırda Afrika ətrafında üzmə xərclərini nəzərdən keçirilər. “Bloomberg”in qiymətləndirməsinə görə, Yaxın Şərqdən Avropaya neft çatdıran bir supertanker üçün təkcə yanacağın dəyəri təxminən 300 min dollar olardı.
Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və kanalın dibinə oturub. Nəticədə, kanalla hərəkət bloklanıb və 100-dən çox gəmi tıxacda qalıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












