Taksi sürücülərinin «qara günləri» başlayıb – DYP

Avtosfer.az-ın daimi oxucularından biri Elxan Nuriyev taksi sürücülərinin üzləşdiyi problemlə bağlı məlumat verib. Onun bildirdiyinə görə, artıq bu həftədən etibarən yol polisi əməkdaşları taksi sürücülərini saxlayaraq lisenziya tələb edirlər: «YPX taksiləri saxlamağa başlayıb. Lisenziya tələb edirlər. Lisenziyanı kim verir? Nəqliyyat Nazirliyi vermir, deyirlər «ASAN Xidmət» məşğuldur. «ASAN Xidmət»dən də deyirlər ki, noyabrdan sonra qaydalar təsdiqlənəcək. İndi camaat nə etməlidir?».
Avtosfer.az-ın məlumatına görə, bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla taksilərə, sərnişin və yükdaşıma ilə məşğul olan avtomobillərə lisenziyanın verilməsi Nəqliyyat Nazirliyindən alınaraq «ASAN Xidmət»ə verilib. Bundan əlavə, taksi, yük və sərnişindaşıma ilə məşğul olanlara nəzarət də Nəqliyyat Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinə, yəni, Dövlət Yol Polisinə verilib. Lakin hələlik bu dəyişikliklə bağlı baza tam formalaşdırılmayıb və bununla bağlı aidiyyatı orqanlara iki ay vaxt verilib. Yaxşı olardı ki, yaranmış vəziyyəti nəzərə alaraq, Dövlət Yol Polisi İdarəsi bu iki ay ərzində taksi sürücülərini sıxışdırmasın. Çünki ortada lisenziya verəcək qurum yoxdursa, bunu tələb etmək də məntiqə uyğun deyil…
Elməddin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












