Taksilər qiymətləri 2-3 dəfə bahalaşdırdı - Azərbaycanda

Növruz bayramı ilə əlaqədar paytaxt daxilində işləyən taksilər qiymətləri bahalaşdırıblar.
Sərnişin şikayətlərinə görə bu səhər saatlarından başlayaraq həm taksi şirkətləri, həm də fərdi taksilər qiymətləri 2-3 dəfə artırıblar.
Sərnişinlərin bildirdiyinə görə taksi sürücüləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gündən ictimai nəqliyyatın dayandırılması qərarından və bayram fürsətindən istifadə edərək bu addımı atıblar. Bundan isə sərnişinlər əziyyət çəkirlər.
Taksi sürücüləri əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildiriblər.
Bizim.Media məsələ ilə bağlı bir neçə taksi şirkətlərinə müraciət edib. Xanım operatorların müştəriyə söylədiyi qiymətə etiraz edəndə, onlar bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışdılar.
Şirkət rəsmiləri heç bir qiymət bahalaşmasının olmadığını iddia etdilər. Görünən isə odur ki, qiymət artıb.
Bundan əlavə şəhərlərarası işləyən taksilərin də qiymətləri qaldırdıqları bildirilir. Sosial şəbəkələrdə bununla bağlı narazılıqlar yer alıb. Paytaxtdan müxtəlif bölgələrə işləyən fərdi taksi sürücülərinin qiymətləri 50 faizədək qaldırdıqları qeyd olunub.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən taksi xidmətlərinə Tarif Şurası tərəfindən nəzarət edilmir və müvafiq gediş haqqını dövlət müəyyənləşdirmir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən martın 29-dək Bakıda ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb.///Bizim.Media
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












