Taksilərdə minimum gediş haqqı 4 manat OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. Belə olan halda taksilərin qiymətinin qalxaraq minimum 4 manatdan başlayacağı ilə bağlı fikirlər səsləndirilir. Belə olan halda taksi qiymətləri minimum 4 manatdan başlaya bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksilərdə qiymət artımı ilə bağlı qərarı şirkətlər verir. Ona görə şirkətlərin nə qərar verəcəyini indidən proqnozlaşdırmaq çətindir:
" Amma qoyulan tələblərə baxsaq görürük ki, yeni avtomobillər alınırsa, daha müasir taksilər xidmətə buraxılacaqsa sözsüz ki, sərnişinlər aşağı qiymətə sərnişin daşımayacaqlar. 2 manat 50 qəpik minimum- yəni başlanğıc qiymətdir. Məsafədən asılı olaraq isə fərqli qiymətlər tətbiq olunur. 2 manat 50 qəpiyi birbaşa 4 manata qaldırmaq şirkətlərin özünə də sərf etməyəcək. Ona görə elə qiymət müəyyənləşdiriləcək ki, iş dayanmasın və taksiyə müraciət edənlərin sayı kəskin azalmasın".
Ekspertin sözlərinə görə, bu qədər artım baş versə, o zaman qısa məsafəli gedişlərin sayı azalacaq:
"Yəqin ki bu uzaq məsafələrə və səfərlərə də təsir edəcək. Belə olan halda say azala bilər. Ona görə də inanmıram ki, bu cür fantastik artım etsinlər. Hər bir halda buna bir ortaq həll yolu tapılmalıdır. Bunu da şirkətlər özü müəyyənləşdirir. Taksilərin qiymət məsələsinə dövlət tərəfindən müdaxilə yoxdur. Sadəcə olaraq şirkətlərə tövsiyə xarakterli müraciətlər olunur. Onlarda buna uyğun öz işlərini dəyərləndirərək qiymət müəyyənləşdiriləcək. Bu məsələni hal-hazırda AYNA VƏ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müzakirə edir".
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












