Tamahkar sürücü 45 sərnişini yolda qoydu - Azərbaycanda

Hazırda bir neçə saatdır ki, Gəncə-Bakı matşurutu ilə hərəkət edən 27-KA-014 dövlət nömrə nişanlı şəhərlərarası avtobusun 45 nəfərdən ibarət sərnişini Ucar rayonu ərazisində çarəsiz vəziyyətdə qalıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, paytaxt istiqamətində hərəkət edən göy rəngli "Hyundai" markalı avtobusunun yarıyolda qalmasına səbəb nəqliyyat vasitəsindəki texniki nasazlıq olub. Məhz texniki nasazlıq səbəbi ilə yarı yolda bir neçə saat vaxt itirən sərnişinlərin əraziyə gələn digər avtobuslarla yollarına davam etməsinə isə sürücü tamahkarlığı mane olub. Belə ki, sərnişinləri axşam saatlarında yarı yolda qoymağı azmış kimi sözügedən avtobusun sürücüsü sərnişinlərin ödədiyi gediş haqqını onlara geri qaytarmaqdan imtina edib. Sürücünün bu hərəkəti sərnişinlərin ciddi narazılığına səbəb olub. Sərnişinlər onları mənzil başına çatdırmayan sürücüdən pullarını tələb etsələr də sürücü pulu qaytarmaqdan israrla boyun qaçırıb.
Mənbənin verdiyi məlumata görə, hazırda sərnişinlərlə sürücü arasında mübahisə davam edir. Artıq bəzi sərnişinlərin sürücü özbaşınalığı və sərnişin hüquqlarının pozulması ilə bağlı bəzi telekanalları, habelə əlaqədar qurumların qaynar xəttini məlumatlandırmağa cəhd etdiyi bildirilir. Son məlumata görə sərnişinlər öz yollarına əlavə xərc çəkmək bahasına da olsa 3 saatdan sonra hadisə yerinə cəlb edilən başqa bir avtobusla davam etmək niyyətindədirlər.
Məlumat üçün qeyd edək ki, məlum avtobus “Uğur” şirkətinə məxsusdur.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












