Tanınmış rejissor Səidə Haqverdiyeva həbs oluna bilər

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva məhkəməyə verilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, S.Haqverdiyevanı xüsusi ittiham qaydasında məhkəməyə verən şəxslər hazırda həbsdə olan sabiq hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və onun həyat yoldaşı, aktrisa Nərmin Əhmədovadır. Onlar bu tələblə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.
Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, həmin şəxslərin şikayətində bir sıra nöqsanlar olduğu üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb:
"Səidə Haqverdiyeva Nərmin Əhmədovaya və Əfsun Əhmədova böhtan xarakterli məlumatları sosial şəbəkələrdə çıxışı zamanı yaymaqla onların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda ittiham edilir. İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatındadır".
Xatırladaq ki, rejissor Səidə Haqverdiyeva bir müddət əvvəl həyat yoldaşı, Azərbaycan Dövlət Kukla teatrının direktoru Rəşad Əhmədzadə ilə boşanması və Mədəniyyət Nazirliyi tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı açıqlamaları ilə gündəm olmuşdu.
Qeyd edək ki, keçmiş hakim Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bundan əlavə, keçmiş hakim barədə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair daha bir cinayət işi Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












