Tarixi abidələrdə yol verilmiş müdaxilələr aradan qaldırılıb - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi istiqamətində təbliğat və maarifləndirmə işləri davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, mütəmadi olaraq abidələrin bədii-estetik görkəminə xələl yetirilməsinin yolverilməz olduğu, reklam lövhələrinin qanuna uyğun şəkildə yerləşdirilməsi, təmir, tikinti, bərpa və digər işlər zamanı müvafiq qurumların məlumatlandırılmasının zəruriliyi barədə məlumat və izahlar verilir.
Nəticədə bu sahədə qanunvericiliyin tələbələrinin təmin olunması ilə bağlı fiziki və hüquqi şəxslər tərəfindən təşəbbüs göstərənlərin sayı da artmaqdadır. İstifadəsində və ya mülkiyyətində abidələr olan şəxslərlə əməkdaşlıq nəticəsində abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən hallar aradan qaldırılır.
Cari il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub. Nöqsanlardan bir qismi aparılan söhbətlər nəticəsində qısa zamanda həllini tapıb. Digər bir qismi Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində fasadlardan sökülərək nöqsanlar aradan qaldırılıb. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.
Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik.
Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












