"Tarqovı"da faciə: qadının başına daş düşdü

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından xəsarət alan 4 nəfər “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsə gətirilib.
Bu barədə Avtosfer.az-a KTM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, mərkəzə yerləşdirilən iki nəfər - Əşrəfov Toğrul Əlvida oğlu və Soltanov Sadiq İslam oğlu Nəsimi rayonu, S.Əsgərova küçəsində binadan tökülən şüşə qırıntılarının nəticəsində xəsarət alıblar.
Daha bir nəfər Şıxəliyeva Diana Xəyal qızı “Tarqovı”da binanın balkonunun daş qırıqlarının tökülməsi nəticəsində alın nahiyəsindən yaralanıb. İsayeva Pərvanə Əhməd qızı isə Yasamal rayonu, M.Seyidov küçəsində ağacın aşması nəticəsində ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən üçünə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. İsayeva Pərvanə Əhməd qızının müalicəsi isə davam etdirilir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












