TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, TƏBİB sorğuya cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib.
Məlumatda qeyd olunub ki, videogörüntülərdə yer alan həkim özəl tibb müəssisəsinin əməkdaşı olub:
“Pasiyentin olduğu avtomobil isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının balansında olsa da, təcili tibbi yardım xidməti üçün istifadə edilmir.
Məlumat üçün bildirək ki, hazırda sözügedən xəstəxananın təcili tibbi yardım xidmətinin ixtiyarında 12 ədəd avtomobil istifadə olunur.
Onu da əlavə edək ki, bəzi xəbər saytlarında video ilə yanaşı, paylaşılan foto isə tamamilə əlaqəsizdir. Sözügedən foto Salyan rayon ərazisində əvvəlki illərdə çəkilib.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicəsi aparılan 1955-ci il təvəllüdlü şəxsə (qadın cinsli) doppler müayinəsi üçün rayonda yerləşən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilib.
Tibb müəssisəsinin balansında olan təcili tibbi yardım avtomobillərinin hər biri çağırışda olduğu üçün xəstənin yaxınlarına bir qədər gözləməli olduqları bildirilib. Xəstə yaxınlarının təkidi ilə tibb müəssisəsinin balansında olan, ancaq istifadə edilməyən köhnə model UAZ markalı avtomobil ilə xəstə özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda pasiyentin stasionar şəraitdə müalicəsi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti stabildir”.
(oxu.az)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












