Təcili yardım maşınını cərimə meydançasına saldılar - FOTO

Adının çəkilməsini istəməyən sürücü Avtosfer.az-a müraciət edərək Gəncədəki təcili yardım stansiyalarından birində sürücü işlədiyini, bir neçə gün əvvəl idarə etdiyi təcili yardım avtomobilinin yol polisi tərəfindən cərimə meydançasına salındığını bildirib: «Mən işdə olduğum vaxt çağırış qəbul olundu və biz həkim heyəti ilə birlikdə çağırışa getdik. Bu zaman mən qaydanı pozaraq təcili tibbi yardım maşını ilə qoşa xətti tapdaladım. Həmin istiqamətdə olan başqa bir maşın gelib mənim maşınımı vurdu. Hadisə yerinə yol polisləri gəldi. Onlar ambulansı və o biri maşını cərimə meydançasına apardılar. Mənə protokol yazdılar ki, çağırışa gedən zaman qəza şəraiti yaratmısan. Mən deyirəm ki, çağırışa gedərim, maşında adam ölür, nə edim? Deyirlər, qaydanı pozmaq olmaz».
Həmin şəxs bildirir ki, məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət etsələr də, 10 gündür cavab yoxdur. Sürücü işlədiyi təcili yardım stansiyasının rəhbərindən kömək istəsə də, ona bildirilib ki, maşını necə cərimə meydançasına saldırmısan, o cür də get çıxart.
Avtosfer.az bildirir ki, bu cür halların araşdırılması incəlik tələb edir və hər bir halda təcili yardım avtomobilinin cərimə meydançasına salınması və 10 gündən çoxdur orada saxlanılması normal hal deyil. Elə sürücü də bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və oradan da aldığı cavab belə olub ki, təcili yardım maşının cərimə meydançasına salınması düzgün deyil.
Fərid
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













