Təcili yardım sürücüləri siren siqnalını nə vaxt qoşmalıdır? - VİDEO

Son günlər təcili yardım avtomobillərinin siren səsi və sayrışan işıqlarından istifadəsi diqqət çəkir. Yayılan məlumatlara görə, 103 sürücülərinə hərəkət zamanı, hətta çağırışdan qayıdarkən belə siren siqnalından istifadə etmək tapşırılıb. Bəs bu, həqiqətən belədirmi? Yaxud hərəkətdə olan təcili tibbi yardım avtomobili üçün siren siqnaldan istifadə mütləq zəruridirmi?
Sürücülər deyirlər ki, təcili tibbi yardım avtomobillərinin hər dəqiqəsi xəstənin həyatı üçün həlledicidir. Bu səbəbdən də yolda tıxac olduqda, kəsişmə yerlərində, işıqforun qırmızı işığında keçmək məcburiyyəti yarandıqda sayrışan işıqları yandırmaqla siren siqnaldan istifadə edirlər. O ki, qaldı bunun sürücülərin üzərlərində tələb kimi qoyulmasına, sürücülər deyirlər ki, onsuz da bu qanunvericiliklə tənzimlənir.
Sürücülər deyirlər ki, xüsusilə yaşayış məntəqələrinin daxilində, gecə saatlarında fasiləsiz siren səsi sakinlərin rahatlığına təsir edir. Buna görə də bir dəfə istifadə etməklə bu halda xüsusən də sayrışan işıqlardan istifadə edirlər.
Sürücülərin üzərində bunun öhdəlik kimi qoyulub- qoyulmaması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik.
Nazirlikdən bildirildi ki, təcili tibbi yardım avtomobillərində xüsusi işıq və səs siqnallarından istifadə qanunvericiliyin tələbidir. "Yol hərəkəti haqqında" Qanununun 48-ci və 74-cü maddələrinin tələblərinə əsasən, təcili tibbi yardım avtomobilləri xüsusi tapşırıqları yerinə yetirərkən üstün hərəkət rejimindən istifadə etmək üçün xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.
Nazirlikdən onu da əlavə etdilər ki, xüsusi işıq və səs siqnallarından istifadənin əsas məqsədi təcili tibbi yardım briqadalarının çağırış ünvanlarına mümkün qədər qısa müddətdə və operativ şəkildə çatmasını təmin etməkdir. ''Bununla yanaşı, gecə və ya gündüz olmasından asılı olmayaraq, yüksək sürətlə hərəkət edən təcili tibbi yardım avtomobillərinin digər nəqliyyat vasitələrinin sürücüləri tərəfindən vaxtında fərq edilməsinə, onların hərəkət istiqaməti və yaxınlaşması barədə əvvəlcədən xəbərdar edilməsinə şərait yaratmaq, beləliklə, yol-nəqliyyat hadisələrinin və digər təhlükəli vəziyyətlərin qarşısını almaqdır'',-deyə nazirlikdən bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI











