Tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir? - FOTO - YENİLƏNİB

Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.
Bu barədə Avtosfer.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın 10 prospektində və 16 küçəsində svetoforlara "yaşıl dalğa" tətbiq edilir. Həmin küçə və prospektləri təqdim edirik:
1. Mətbuat prospekti;
2. Xətai prospekti
3. Tbilisi prospekti;
4. İnşaatçılar prospekti;
5. Azadlıq prospekti;
6. Atatürk prospekti;
7. 8 Noyabr prospekti;
8. Səməd Vurğun küçəsi;
9. Abbasqulu ağa Bakıxanov küçəsi;
10. Süleyman Rəhimov küçəsi;
11. İzəddin Həsənoğlu küçəsi;
12. Mikayıl Müşfiq küçəsi;
13. Məhəmməd Füzuli küçəsi;
14. Rəşid Behbudov küçəsi;
15. Koroğlu Rəhimov küçəsi;
16. 28 May küçəsi;
17. Yusif Səfərov küçəsi;
18. Ak. Həsən Əliyev küçəsi;
19. Dilarə Əliyeva küçəsi;
20. Molla Pənah Vaqif prospekti;
21. Əbdüləzəl Dəmirçizadə küçəsi;
22. "20 Yanvar" dairəsi.
"Hazırda paytaxtın müxtəlif küçə və prospektlərində yerləşən təhsil ocaqlarının yaxınlığında yollarda sıxlıq yaranmaması məqsədilə tədbirlər görülür. Gücləndirilmiş iş rejimində çalışan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə mütəmadi əlaqədədir", - qurumdan qeyd edilib.
***
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Bu barədə Avtosfer.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?

















