Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər 8 və 10 nömrəli, Yardımlı şəhər 1 və 2 nömrəli, Astara şəhər 6 nömrəli, Astara rayon Artupa kənd və Masallı rayon Dəlləkoba kənd, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə şəhər 6 nömrəli tam orta məktəblərində və Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məktəblərin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.
Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.
Sonda suallar cavablandırılıb, müvafiq müzakirələr aparılıb.
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR

















