Tekniki Baxış Şöbəsində vətəndaşları necə soyurlar?

"Yevlax Rayonlar arası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis kapitanı Yelmar Həsənov 62 manat dövlət rüsumu olan avtomobilin öz adımdan başqa şəxsin adına qeydiyata aldırması üçün məndən 200 manat rüşvət alıb". Bunu Moderator.az-a göndərdiyi şikayət məktubunda Ucar rayonu sakini, 20 Yanvar küçəsi, ev 20-də yaşayan Purqafari Azər Ələsgər oğlu yazır. A.Purqafari deyir ki, polis kapitanının rüşvət almasını təsdiq edən video çəkliş də var: "Bunu şikayət ərizəmizi araşdıracaq hüquq mühafizə orqanına təqdim edəcəyik".
A.Purqafari hadisənin təfərrüatlarını belə nəql edir: "Mənə məxsus olan "Mersedes BENZ" C 180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilimi Ucar rayon sakini Xəlilov Hüseyn İslam oğluna satdım və onun adına qeydiyyata aldırmaq üçün 15 sentyabr 2015-ci il tarixdə Yevlax Rayonlar arası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə gəldik.Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov bizə bildirdi ki, avtomobiliniz Bankda girovdadır. "Bunun xərci çoxdur" deyib bizdən 230 manat istədi .Pulumuzun azlığını 15 manat da yol pulu saxlamaq lazım olacağını dedikdən sonra Yelmar Həsənova 200 manat verdik. 200 manatı alıb bizə minnət də qoydu. Dedi ki, 200 manata həm avtomobili qeydiyatın dəyişdim, həm də texniki baxış etdim. Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunuda deyib onu kassaya ödətdirdi.Bütün bu prossesləri video lentə aldıq ki, bu rüşvətxor vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər.Çünki Yelmar Həsənov orada 6 nömrəli kabnetdə oturub bu minvalla camaatın cibini soyur. Hər gün küllü miqdarda pul qazanır.Yeddi rayonu əhatə edən Yevlax RQİ VƏ TBŞ-ə hər gün yüzlərlə insanlar gəlir və beləcə əziyyət çəkirlər. Soyulurlar.Öyrənmişik ki, Yelmar Həsənovun 100.000 manatdan baha olan avtomobili, Yevlax rayonunda şadlıq evləri, ticarət mərkəzləri fəaliyyət göstərir. Ancaq hesablanarsa onun özünün gün ərzində 6 nömrəli kabinetdə qazandığı pulların miqdarı həmin obyektlərin qacancından qat-qat çoxdur.Bunu onun kabinetinin qarşısındakı növbəyə duran insanların sayı ilə hesablamaq kifayətdir. Biz bu korrupsiya cinayət faktı barədə Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə , Daxili İşər Nazirliyinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət edəcəyik. Əlimizdə olan rüşvət alma görüntüləri olan video faktı həmin orqanlara təqdim edəcəyik".
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












