Telman İsmayılovun eks-mühafizəçisinə hökm oxundu

Moskva hərbi məhkəməsi azərbaycanlı biznesmen Telman İsmayılovun keçmiş mühafizəçisi olmuş Tərxan Eldukayevin işi üzrə hökm çıxarıb.
Avtosfer.az Rusiya mediasına istinadən xəbər verir ki, T.Eldukayev 1996-cı ilin dekabrında Qurmuşov qardaşlarının öldürülməsinin təşkilində təqsirli bilinib və 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Eldukayevin vəkili Ruslan Zakalyujnıy hökmü həddindən artıq sərt və ədalətsiz adlandırıb.
İşin materiallarına əsasən, 29 il əvvəl Moskvada naməlum şəxs iş adamı Tair Qurmuşovu qətlə yetirib, qardaşı Telman Qurmuşovu isə ağır yaralayıb.
İstintaq cinayətdə Tərxan Eldukayevin iştirak etdiyini, qətlin sifarişçisinin isə Telman İsmayılov olduğunu bildirib.
Xatırladaq ki, İnterpol xətti ilə axtarışa verilən Telman İsmayılov 2021-ci ildə Monteneqroda saxlanılmışdı. Həmin ildə adıçəkilən ölkədən siyasi sığınacaq alandan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












