Texniki baxışın rüsumu dəyişə bilər

Avtomobillərin illik texniki baxışdan keçirilməsinə görə tutulan rüsum dəyişə bilər. Avtosfer.az-ın Hesablama Palatasına istinadən verdiyi məlumata görə, bununla bağlı Palata Nazirlər Kabinetinə təklif verib. Dövlət büdcəsinə dövlət rüsumlarından daxilolmaların tərkibində xüsusi çəkiyə malik olan, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləği Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatında büdcə gəlirlərinin 142216 nömrəli təsnifat kodunda rüsumlardan daxilolmaların tərkibində xüsusi çəkiyə malik olan digər dövlət rüsumu - Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə tutulan dövlət rüsumu ilə birlikdə göstərilir. Bu isə ayrı-ayrılıqda xüsusi çəkisi əhəmiyyətli səviyyədə olan göstərilən mənbələrdən büdcə daxilolmalarının proqnozlaşdırılması və icrası barədə müvafiq rəylərin əsaslılığına təsir göstərir. Hesablama Palatası müvafiq olaraq vahid büdcə təsnifatında büdcə gəlirlərinin qeyd olunan təsnifat kodu üzrə daxilolmaların diferensiallaşdırılması və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə tutulan və dövlət büdcəsinə ödənilən dövlət rüsumlarının məbləğinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatında ayrı təsnifat kodu ilə göstərilməsi məqsədəuyğun hesab edib.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










