"TikTok” bu hesablara məhdudiyyət tətbiq edəcək

Sosial şəbəkələrə mümkün qadağalarla bağlı təzyiqlərin artdığı bir vaxtda “TikTok” Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını almağı hədəfləyir. Şirkətin açıqlamasına görə, yeni texnologiya profil məlumatları, paylaşılan videolar və platformadakı davranışlar da daxil olmaqla müxtəlif göstəricilər əsasında hesab sahibinin 13 yaşdan kiçik olub-olmadığını proqnozlaşdıracaq. Şübhəli hesablar daha sonra moderatora yönləndiriləcək və hesabın bağlanıb-bağlanmaması ilə bağlı yekun qərarı o verəcək.
“TikTok” bildirib ki, bu yenilik yaxın həftələrdə tətbiq olunacaq. Sınaq mərhələsi zamanı minlərlə əlavə yetkinlik yaşına çatmayan istifadəçiyə məxsus hesab silinib.
Məsələ Böyük Britaniyada da geniş müzakirə olunur. Baş nazir Kir Starmer Avstraliya modelinə bənzər şəkildə 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə qadağa tətbiq edilməsi ilə bağlı artan təzyiqlərlə üzləşib. Bazar günü Leyboristlər Partiyasından 60-dan çox deputat Baş nazirə məktub göndərərək ümumi qadağanın tətbiqinə çağırıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












