"TikTok" dan gəlir götürənlərin NƏZƏRİNƏ: Vergiyə cəlb edilə bilərlər

"Azərbaycan və "TikTok" kontent monetizasiyasından əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir".
Avtosfer.az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.
"TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.
"Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmağa və onu yeni səviyyəyə çıxarmağa aktiv şəkildə çalışır, sahibkarlara dəstək olmaq üçün zəruri alət və infrastrukturu təmin edir. Dövlət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bu məqsədlərə yalnız kiçik və orta müəssisələrin dəstəklənməsi deyil, eyni zamanda effektiv rəqəmsal ekosistemin yaradılması da daxildir. Bu sistemdə məlumatların emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır", - deyə o qeyd edib.
(report)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












