“TikTok” uşaqların psixikasına zərər verməkdə ittiham edilib

ABŞ-nin 13 ştatı və Kolumbiya dairəsinin baş prokurorları “TikTok” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıblar. Onlar şirkəti uşaqların psixi sağlamlığına zərər verməkdə və onların şəxsi məlumatlarını toplamaqda ittiham ediblər.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Gənclər “TikTok” kimi asılılıq yaradan sosial media platformaları səbəbindən psixi problemlərlə üzləşirlər. “TikTok” iddia edir ki, onların platforması gənclər üçün təhlükəsizdir, lakin bu bəyanat həqiqətdən çox uzaqdır”, – NBC Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsin sözlərini sitat gətirib.
Onun mövqeyini Vaşinqton, İllinoys, Kaliforniya, Kentukki, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Oreqon, Şimali Karolina, Cənubi Karolina ştatları və Kolumbiya dairəsinin baş prokurorları da bölüşürlər.
“TikTok”un nümayəndəsi teleşirkətə bildirib ki, sosial şəbəkə “bu cür bəyanatlarla qətiyyətlə razı deyil” və onları “yanlış və yanıldıcı” hesab edir. “Biz yeniyetmələrin qorunması üçün gördüyümüz işlərlə fəxr edirik və məhsulumuzu yeniləməyə və təkmilləşdirməyə davam edəcəyik”, – o qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












