Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...

Bu gün ölkə gündəmi Ramiz Mehdiyevin dövlət çevrilişi və hakimiyyət dəyişikliyi planları ilə çalxalanır. Milyonlarla büdcə vəsaitini talayan bir şəxsin ona göstərilən etimadı yerlə bir etməsi isə asan həzm ediləcək bir məsələ deyil. Təbii ki, Mehdiyevin cəzasını qanunla yanaşı, həm də tarix və cəmiyyət verəcək. Amma onun etdiklərini təmizləmək üçün xeyli zaman və siyasi qətiyyət lazımdır. Elə dövlət rəhbərliyinin atdığı addımlar da məhz buna hesablanıb. Çünki Mehdiyev təkcə özünü yox, bütün qohumları və yaxınlarını da zamanla müxtəlif vəzifələrə yerləşdirməyi bacarıb.
Avtosfer.az xəbər verir ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev haqqında maraqlı məlumat paylaşıb.
Məlumata görə, Mehdiyev 2012-ci ildə oğlu Timuru Müdafiə Nazirliyində müavin postuna təyin etdirmək istəyirmiş. Lakin hansısa naməlum səbəblərdən bu təyinatı gerçəkləşdirə bilməyib.
Ancaq maraqlı məqam ondan ibarətdir ki, MN-ə “xod” tapa bilməyən Ramiz Mehdiyev FHN-ə qapı açmağı bacarıb. Beləliklə, Timur Mehdiyev Kəmaləddin Heydərovun müavini olub və atası ilə bağlı yayılan son hadisələrə qədər vəzifədə qalmağı bacarıb.
Amma cəmiyyət olaraq biz Timur Mehdiyevin MN-də vəzifə ala bilməməsinə sevinməliyik. Çünki onda Nəcməddin Sadıqovla birləşərək Qarabağ məsələsində ciddi təxribatlara əl ata bilərdilər. Bu, bir versiya olsa da, atasının etdiklərini nəzərə alsaq, heç də qeyri-real görünmür.
Məlumatlar arasında Timur Mehdiyevin Göycə (sevan) gölünün sahilində pansionat tipli istirahət mərkəzlərinə, bahalı katejlərə və qayıqlara sahib olduğu da yer alır. Onun Ermənistandakı biznesini erməniəsilli şəxsin Moskvadan idarə etdiyi deyilir./konkret.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












