TIR sürücüləri Avropa İttifaqına aparan yolları bağlayıblar

Şengen səyahətləri ilə bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq Balkan bölgəsindən olan 4 ölkənin yük maşını sürücüləri Avropa İttifaqına yük daşımaları baxımından əhəmiyyətli olan 20-dən çox magistralı bağlayıblar. Avtosfer.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniyada yük terminalları tamamilə dayanıb — sürücülər nəqliyyat vasitələrini sərhəd-keçid məntəqələrində saxlayaraq Avropa İttifaqını Türkiyə və Yaxın Şərqlə birləşdirən əsas nəqliyyat dəhlizi boyunca yükdaşımaları iflic ediblər. Blokada həmçinin Monteneqronun Adriatik sahilində yerləşən Bar limanının işinə də təsirsiz ötüşüməyib.
“Biz region daxilində şirkətlərimizin rəqabət qabiliyyətini qorumaq, əməkdaşlarımız, ailələrimiz və ümumiyyətlə mövcudluğumuz uğrunda mübarizə aparırıq,” – deyə Monteneqronun Beynəlxalq Yükdaşıyıcıları Assosiasiyasının direktoru Vesko Şljivançanin “Euronews” telekanalına bildirib.
Serbiya Ticarət Palatasının prezidenti Marko Çadej isə deyib ki, sərhəd keçidlərinin bağlanması və Qərbi Balkanlardan ixracın dayanması nəticəsində birbaşa zərər gündə təxminən 100 milyon avro təşkil edir.
O qeyd edib ki, təkcə Serbiyadan Aİ-yə ixrac edən təxminən 10 min şirkət var və bu rəqəmlər “həqiqətən çox böyük hədlərə” çata bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












