Tiryəkxana təşkil edən azərbaycanlıya cinayət işi açıldı

Altay Respublikasında Azərbaycan vətəndaşı və Qorno-Altaysk sakini narkotik aludəçilərinə qadağan olunmuş maddələrdən istifadə etmək üçün kirayə mənzil verib.
Avtosfer.az Rusiya mediasına istinadla bildirir ki, kişilər bunu bu ilin martından may ayına kimi ediblər. Azərbaycandan olan miqrant və Moskva sakini narkomanlara Qorno-Altayskda mənzil, eləcə də sintetik narkotiklərdən istifadə etmək üçün “cihazlar” veriblər.
Cinayətin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. Təqsirləndirilən şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 232-ci maddəsinin 2-ci hissəsi - “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilən narkotik vasitələrin istifadəsi üçün binaların sistemli şəkildə verilməsi” ilə cinayət işi açılıb. İstintaq zamanı cinayət ortaqlarından biri, Qorno-Altaysk sakini Ukraynaya döyüşlərə gedib. Xarici vətəndaşın istintaqı davam edir.
Altay Respublikasının Prokurorluğu miqrant barəsində iş üzrə ittiham aktını təsdiqləyib. Həmin şəxs tezliklə məhkəmə qarşısına çıxacaq. Təqsirli bilinərsə, əcnəbini 4 ilə qədər həbs cəzası gözləyir.
(lent.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












