Tıxaclı Bakı: çıxış yolu nədir? – VİDEO

Son günlər paytaxtın küçə və prospektlərində, avtomobil nəqliyyatı yollarında ucu-bucağı görünməyən tıxaclar müşahidə olunur. Eyni zamanda təhsil müəssisələrində ənənəvi tədris bərpa olunduqdan sonra bu tıxaclar daha da artıb. Ekspertlərin fikrincə, müşahidə olunan yağışlı hava şəraiti də yollardakı tıxacların artmasına səbəb olur. Bəs bu tıxacların əsl yaranma səbəbi və bundan çıxış yolu nədir?
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında deyib ki, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat sistemi düzgün idarə olunmur, buna görə də nəqliyyat axını və proqnozlaşdırılması demək olar yox səviyyəsindədir.
Onun sözlərinə görə, son günlər yağışların yağması və təhsil müəssisələrində ənənəvi tədrisin bərpası paytaxt yollarındakı vəziyyəti daha da acınacaqlı vəziyyətə gətirib: “Əvvəlcədən məlum idi ki, məktəblərin və universitetlərin açılması ilə hər zaman olduğu kimi paytaxta tələbələr axın edəcək. Təbii ki, bunların içərisində övladlarını təhsil müəssisəsinə aparan valideynlər də olur. Bu da öz növbəsində avtomobillərin sıxlığına və tıxaca əsas yaradır. Payız fəslində yağışların yağmasını da nəzərə alsaq, bu, olduqca acınacaqlı bir vəziyyətə gətirib çıxarır. Ona görə də bununla bağlı öncədən bir plan hazırlanmalı və tədbir görülməli idi”.
Ekspert bildirib ki, sözügedən problemlə bağlı məsələ köklü şəkildə həll olunmalıdır: “Yollarda hərəkətin təşkili və təhlükəsizliyi ayrı-ayrı qurumların əlində cəmləşib. Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər biri ayrılıqda hansısa bir iş görür. Hər biri özünəuyğun formada təkliflər irəli sürür və doğru etdiyini fikirləşir. Bu üç qurumu Pezident İlham Əliyevin imzaladığı dövlət proqramı əsasında birləşdirmək lazımdır. Onlar vahid strategiya üzərində işləməlidir. Ancaq bu formada hansısa çıxış yolundan söhbət gedə bilər”.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








