Tovuzda narkotik alan və satan şəxslər saxlanılıb - FOTO

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Kənan Hümbətov və Azər Seyidov saxlanılaraq polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onların üzərinə baxış keçirilən zaman K. Hümbətovdan narkotik maddə olan metamfetamin və qurudulmuş marixuana, A. Seyidovdan isə heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə narkotik maddəni satan şəxsin kimliyi bəlli olub. Belə ki, şübhəli şəxslər ifadələrində narkotik maddəni Samir adlı şəxsdən alıqlarını bildiriblər. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Samir Hacıyev saxlanılıb. Üzərindən narkotik maddə heroin aşkar edilən S. Hacıyevin yaşadığı fərdi yaşayış evindən isə 9 ədəd müxtəlif bükümlərdə metamfetamin, 10 ədəd müxtəlif bükümlərdə heroin, metadon həbləri və tiryək aşkar edilərək götürülüb.
Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rəşid Abuzərov saxlanılıb. Üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilən R. Abuzərovun yaşadığı evdən isə müxtəlif bükümlərdə və kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 2 ədəd həmin tüfəngə aid patron, 27 ədəd güllə başlığı, 6 ədəd pnevmatik silaha aid patron, 1 ədəd 5.45 mm-li avtomat patronu və 1 ədəd bıçaq aşkar edilərək götürlüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
















