Toya gedənlər qəzadan son anda xilas oldular – ŞOK VİDEO

İzlədiyiniz bu videoları Avtosfer.az saytına oxucular göndərib. Elman Nərimanovun göndərdiyi birinci hadisə Heydər Əliyev prospektində baş verib. Elman Nərimanov bizə ünvanladığı məktubda belə yazır: «Oktyabrın 11-də axşam saatlarında ailəmlə toy mərasiminə gedirdik. Sabunçu körpüsünün altına yaxınlaşanda, yanılmıramsa 90 VP 097 dövlət nömrə nişanlı «BMW X5» markalı avtomobilin sürücüsünün yüksək sürət və qanunsuz manevretmə (avtoxuliqan) hərəkətləri ilə bizə çox böyük təhlükə yarandı. Ani diqqətsizlik etsəydim ağır qəza törədəcəkdi. Həmin hadisə avtomobilimdəki videoqeydiyyat cihazı vasitəsi ilə qeydə alınıb. Xahiş edirəm ki, bu videonu ictimaiyyələşdirəsiniz və Dövlət Yol Polisi bununla bağlı müvafiq tədbir görsün. Həmin vaxt sükan arxasında mən yox, atam və ya digər yaşlı nəsilin nümayəndəsi olsaydı, qəzadan yayına bilməzdi».
Bu kadrlara diqqətlə baxdıqda avtomobildə olanların necə həyacanlandığı, hətta qəza baş verdiyini düşünənlərin olduğu üzə çıxır. Ötmə əməliyyatını qoşa xəttin üstündə, solda maşın ola-ola sağ zolaqda, eləcə də yüksək sürətlə həyata keçirən «X5-in» sürücüsü həqiqətən də real qəza şəraiti yaratdı.
Digər görüntüləri isə adının çəkilməsini istəməyən oxucumuz bizə ünvanlayıb. Elə bu kadrlarda da birinci hadisənin oxşarı təkrarlanır. Bu hadisə isə oktyabrın 12-də Nobel prospektində baş verib. Burada fərq ondadır ki, kobud qayda pozan «Mersedes» markalı, 99 BM 105 dövlət nömrə nişanlı avtomobilin sürət həddi o qədər də yüksək deyil. Lakin kobud qayda pozuntusu və qəza şəraiti açıq-aşkar görünür.
Hər halda, inanırıq ki, Dövlət Yol Polisi hər iki faktla bağlı araşdırma aparıb müvafiq tədbirlər görəcək. Belə sürücüləri bu gün cəzalandırmasalar, sabah onların iştirakı ilə daha ağır hadisələr barədə xəbər verməli olacağıq…
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










