Toyda çəkilən bu fotodan sonra yolda öldü - FOTO

İki gün bundan əvvəl Qaxdan toydan qayıdarkən Şəkidə qəzaya düşərək ölən 4 gəncin birlikdə çəkdirdiyi son fotosu yayılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişən Şəki penitensiar müəssisənin əməkdaşlarının həmin fotosu toyda bir masa arxasında cəkilib.
Xatırladaq ki, Penitensiar xidmətin 4 əməkdaşının öldüyü qəza Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı Sayfa markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Qəza nəticəsində sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər.
Qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəlibmişlər. Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













