Trans-Xəzər marşrutu üzrə yükdaşımaların həcmi artır

2023-cü ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 65 faiz artaraq 2,76 milyon ton (2022-ci ildə - 1,7 milyon ton) təşkil edib.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, 2024-cü ilin ilk 7 ayında yükdaşımaların həcmi 2,56 milyon ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (1,57 milyon ton) 63 faiz çoxdur.
Qazaxıstan Respublikası hökuməti darboğazların aradan qaldırılması, habelə 2027-ci ilə qədər Qazaxıstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə yol xəritəsinin həyata keçirilməsi üzərində işləyir ki, bu da dəhlizin ötürücülük qabiliyyətini ildə 10 milyon tona çatdıracaq.
Hesabatda göstərilir ki, TITR-in sabit və rəqabətqabiliyyətli marşrut kimi yaradılmasında təkcə dəhliz boyu ölkələr deyil, həm də Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa regionları maraqlıdır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












