Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48) konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq edilib.
Bu barədə Avtosfer.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Mətbuat Xidmətindən məlumat verilib.
Qəbul edilən dövlət standartları aşağıdakılardır:
* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət”.
Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, təsdiq edilmiş dövlət standartları Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












